Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Qazaxıstanın Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur


26 aprel 2013-cü il tarixində Azərbaycanda səfərdə olan Qazaxıstanın Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin rəhbəri Alixan Baymenov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.

Dövlət Agentliyinin sədri İnam Kərimov qonağa 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat vermişdir. Bildirilmişdir ki, “vahid məkan” prinsipinə əsaslanan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin – “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirmiş, Mərkəzin onda xoş təəssüratlar yaratdığnı qeyd etmiş və gələcək fəaliyyətdə uğurlar arzulamışdır.


Tarix: 11-04-2013 11:13