Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Qazaxıstanlı qonaqlar “ASAN xidmət”də


5 iyul 2015-ci il tarixində Qazaxıstan Respublikasının Ədliyyə Nazirliyi və Ali Məhkəmə üzvlərindən ibarət nümayəndə heyəti 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olub.

Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verilib. Bildirilib ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır və mərkəzlərdə indiyədək 5.000.000-dan çox müraciət qeydə alınıb.

Bundan başqa diqqətə çatdırılıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Qonaqlar “ASAN xidmət” konsepsiyasını dövlət xidmətlərinin göstərilməsində nümunəvi model hesab edərək, bu təcrübənin dünya ölkələrində tətbiqinin əhəmiyyətini vurğulayıblar.

“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.


Tarix: 05-07-2015 13:22