Prezident İlham Əliyev 2 saylı “ASAN xidmət” mərkəzinin açılışında iştirak etmişdir
24 may 2013-cü il tarixində prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilmişdir.
Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun prezidentə məlumat vermişdir ki, 2 saylı “ASAN xidmət” mərkəzi Xətai rayonu ilə yanaşı Nizami və Suraxanı rayonlarının sakinlərinə də xidmət göstərəcəkdir.
Mərasimdə iştirak edən prezident İlham Əliyevə həmçinin Elektron Məlumat Mərkəzi, Biometrik Məlumatların Toplanması Sistemi və “Asankart” barədə məlumat verilmişdir.
Vətəndaşlara könüllülük prinsipi əsasında xidmət göstərmək üçün təlimlərə cəlb olunmuş gənclərlə görüşən prezident İlham Əliyev sonda “ASAN xidmət” əməkdaşları ilə xatirə şəkli çəkdirmişdir.
2 saylı “ASAN xidmət” mərkəzi iyun ayının 5-dən vətəndaşlara xidmət göstərməyə başlayacaqdır