Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili “ASAN xidmət” mərkəzi ilə tanış olub
8 sentyabr 2015-ci il tarixində Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili cənab Assad Jose Gater Pena 5 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.
“ASAN xidmət”-in yaradılması və fəaliyyət məqsədləri barədə məlumatlandırılan qonağa bu konsepsiyanın dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olduğu bildirilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”-in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.
“ASAN xidmət” təcrübəsinin dövlət xidmətlərinin həyata keçirilməsi baxımından digər ölkələrdə də tətbiqinin müstəsna əhəmiyyəti vurğulanıb.
Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 6 000 000-a yaxın müraciətin daxil olduğu diqqətə çatdırılıb.
“ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan Assad Jose Gater qonaqpərvərliyə görə öz minnətdarlığını bildirib, mərkəzə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.