Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Bakı Beynəlxalq İnnovasiyalar Forumuna ev sahibliyi edəcək


Azərbaycan 18-20 sentyabr 2015-ci il tarixində “ASAN xidmət”in İnnovasiyalar Mərkəzi və “ADA” Universitetinin təşkilatçılığı ilə “World Summit Award” və “Grand Jury” tədbirinə ev sahibliyi edəcək.

İki hissədən ibarət tədbirin birinci hissəsində sentyabrın 18-də ictimaiyyət üçün açıq Forum keçiriləcək. Forumda sahibkarlarla xarici ekspertlər bir araya gələrək innovasiya, sahibkarlıq, informasiya cəmiyyəti barəsində öz görüş və prespektivlərini bölüşəcəklər.

İkinci hissədə isə dünyanın hər bir yerindən göndərilmiş 400-ə yaxın tətbiq arasından 40 qalib seçilməsi üçün “Grand Jury” sesiyası baş tutacaq. 21 beynəlxalq ekspert Birləşmiş Millətlər Təşkilatının üzvü olan hər bir dövlət tərəfindən “World Summit Award”-a göndərilən tətbiqləri dəyərləndirmək üçün Bakıda bir araya gələcək.

Qeyd edək ki, tədbirin məqsədi BMT-nin WSIS (World Summit on the Information Society)  gündəminə əsasən yerli informasiya cəmiyyətinin kreativliyini və müxtəlifliyini nümayiş etdirmək və cəmiyyətdə güclü təsiri olacaq rəqəmsal həll yolarını tapmaqdır.

Tədbirin keçiriləcəyi vaxt və məkan:

18 sentyabr 2015-ci il saat 09.30-da.  ADA Universiteti, Əhmədbəy Ağaoğlu küçəsi 11.

Əlaqələndirici şəxs: Tağı Tağızadə

Elektron ünvan: t.tagizade@icenter.az Telefon: (050) 574 74 54


Tarix: 16-09-2015 10:10