Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

41 uşağa şəxsiyyət vəsiqəsi verildi


17 sentyabr tarixində Sumqayıt “ASAN xidmət”  mərkəzi və ASAN Könüllülərinin birgə təşəbbüsü ilə "Könüllülər Yurdu Azərbaycan" layihəsi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən əqli və fiziki məhdudiyyətli uşaqlar üçün 2 saylı Dövlət Sosial Xidmət müəssisəsində xeyriyyə tədbiri təşkil edilib.  

 “ASAN xidmət” mərkəzi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən  41 nəfər uşağa şəxsiyyət vəsiqəsi təqdim edilib. 

Tədbirdə uşaqlar üçün əyləncəli və musiqili anlar yaşanıb. Gənclər  valideyn himayəsindən və qayğısından məhrum olmuş uşaqlarla birgə vaxt keçirib, onlara müxtəlif hədiyyələr  təqdim ediblər.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri yarandığı ilk gündən sosial məsuliyyət yönümlü aksiyalar keçirir və bu istiqamətdə fəaliyyətini davam etdirir. 


Tarix: 16-09-2015 18:09