Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Avstriyalı qonaqlar “ASAN xidmət” mərkəzi ilə tanış olublar


9 oktyabr 2015-ci il tarixində Vyana Apellyasiya Məhkəməsinin Senatının Prezidenti xanım Mariya Vanke Çervenkanın rəhbərlik etdiyi Avstriya Respublikasının Ali Məhkəməsi, Ədliyyə Nazirliyi, Baş Prokurorluğu və müxtəlif instansiya məhkəmələrinin nümayəndələrindən ibarət heyət 5 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub. 

“ASAN xidmət”-in yaradılması və fəaliyyət məqsədləri barədə məlumatlandırılan avstriyalı qonaqlara bu konsepsiyanın  dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olduğu bildirilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”-in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.

Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 6 000 000-a yaxın müraciətin daxil olduğu diqqətə çatdırılıb.

“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.


Tarix: 08-10-2015 15:15