Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Albaniya nümayəndə heyəti “ASAN xidmət” mərkəzində


28 oktyabr 2015-ci il tarixində Albaniyanın Daşınmaz Əmlakın Qeydiyyatı Ofisinin İnformasiya Texnologiyaları şöbəsinin direktoru Ermal Beqirinin rəhbərlik etdiyi nümayəndə heyəti 5 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

“ASAN xidmət”in yaradılması və fəaliyyət məqsədləri barədə məlumatlandırılan qonaqlara bu konsepsiyanın  dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olduğu bildirilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.

Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 6 000 000-dan çox müraciətin daxil olduğu diqqətə çatdırılıb.

“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan rəsmilər mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.


Tarix: 27-10-2015 18:09