Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Almaniya Səfirliyi‎nin əməkdaşları “ASAN xidmət”də


4 noyabr 2015-ci il tarixində Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olublar.

“ASAN xidmət”in yaradılması və fəaliyyət məqsədləri barədə məlumatlandırılan qonaqlara bu konsepsiyanın  dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olduğu bildirilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.

Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 6 000 000-dan çox müraciətin daxil olduğu diqqətə çatdırılıb.

“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.


Tarix: 03-11-2015 14:37