Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət” İtaliya mətbuatında


İtaliyanın nüfuzlu “Il Primato Nazionale” xəbər saytında “ASAN xidmət“ haqqında «Dövlət idarəçiliyi: Azərbaycan bir model kimi?” adlı məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən yaradılıb.

Müəllif yazır ki, mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur və dövlət xidmətlərinin göstərilməsi sahəsində bu model İtaliya üçün nümunə hesab oluna bilər.

Məqalədə xüsusi ilə vurğulanır ki, “ASAN xidmət” təcrübəsi beynəlxalq səviyyədə böyük marağa səbəb olub və heç təsadüfi deyil ki, bu model 2015-ci ildə “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında BMT-nin mükafatına layiq görülüb və Britaniya Əməyin Mühafizəsi Şurasının təşkil etdiyi müsabiqənin qalibi olub.

Son olaraq müəllif qeyd edir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropa Komissiyası, BMT və digər təşkilatlar tərəfindən “ASAN xidmət” korrupsiyaya qarşı mübarizədə uğurlu mexanizm və şəffaflığın təşviqi istiqamətində nümünəvi model kimi dəyərləndirilir.  

Məqaləyə keçid

 


Tarix: 04-11-2015 14:26