Azərbaycanın Yeni Brendi yeni uğurları ilə ən ASAN Gələcəyə Doğru
NETTY 2013 Azərbaycan Milli İnternet Mükafatının virtual münsiflər heyəti və Ekspert Şurasının səsverməsi nəticəsində iştirakçı saytlarının ümumi sayı 50-dən çox olan internet-resurs seçilərək mükafatın nominantları adına layiq görülmüşdür. Mükafatın Akademiyasının üzvləri daxili səsvermə əsasında hər nominasiya üzrə bir qalibi müəyyən etmişlər. Dövlət saytı nominasiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin www.asan.gov.az rəsmi internet səhifəsi birinci yerə layiq görülmüşdür. NETTY Azərbaycan Milli İnternet Mükafatı – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar milli mükafatıdır.