“ASAN xidmət”də qanvermə aksiyası keçirilib
5 dekabr 2015-ci il tarixində 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Beynəlxalq Könüllülər günü ilə əlaqədar qanvermə aksiyası keçirilib. Aksiya talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq məqsədi ilə təşkil edilib.
Aksiyada “ASAN xidmət” könüllüləri və əməkdaşları ilə yanaşı vətəndaşlar da iştirak ediblər.