Türkiyəli rəsmilər “ASAN xidmət”də
17 dekabr 2015-ci il tarixində Türkiyə Respublikasının dövlət qurumlarının yüksək vəzifəli şəxsləri 5 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olublar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib. Qeyd edib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.
Eyni zamanda vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 7 000 000-dan çox müraciətin daxil olduğu diqqətə çatdırılıb.
Sonda rəsmilər “ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.