İsveçrəli qonaqlar “ASAN xidmət” mərkəzi ilə tanış olublar
22 yanvar 2016-ci il tarixində İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri cənab Filip Ştalder və İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə Regional direktoru cənab Olivier Burki 5 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olublar.
Qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.
Eyni zamanda vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 7 000 000-dan çox müraciətin daxil olduğu diqqətə çatdırılıb.
“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.