“Əsgərə məktublar” müsabiqəsinin qalibləri mükafatlandırılıb
12 fevral 2016-ci il tarixində 3 saylı “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 4 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan olundu.
Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bildirib ki, gənclər arasında milli vətənpərvərlik ruhunun artırılması və təbliği məqsədi ilə bağlı jurnalistlər arasında 7 dekabr 2015-ci il tarixdən 18 yanvar 2016-cı il tarixinədək davam edən “Əsgərə məktublar” müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən müəyyən edilib və müsabiqəyə təqdim edilmiş yazılardan ibarət kitabça çap olunub.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev bildirib ki, 2014-ci ildən etibarən “ASAN xidmət” mərkəzləri daxilində fəaliyyət göstərən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə bu günə qədər 50 min vətəndaş müraciəti qeydə alınıb. Eyni zamanda Ülvi Mehdiyev, milli vətənpərvərlik ruhunun təbliğində ASAN könüllülərinin bir çox layihələr həyata keçirdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev gənclər siyasətindən söz açaraq gənclər arasında milli vətənpərvərlik ruhunun təbliğində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirin yekunu olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətənpərvərlik təbliği məqsədi ilə kütləvi informasiya vasitələri nümayəndələri arasında keçirdiyi “Əsgərə məktublar” adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb və müsabiqəyə göndərilmiş yazılardan ibarət kitabça ictimaiyyətə təqdim olunub.