Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Səfir Ercan Murat “İnnovativ İdarəetmə” layihəsinin növbəti qonağı olub


13 fevral 2016-cı il tarixində “ASAN School” könüllülük proqramı çərçivəsində “İnnovativ idarəetmə” layihəsinin növbəti qonağı BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsi səlahiyyətlərinin müvəqqəti icraçısı cənab Ercan Murat olub.

Ercan Murat çıxışı zamanı BMT-nin yaranma tarixi və Azərbaycanla olan ikitərəfli əməkdaşlıqdan söz açıb. Azərbaycanın son illər daha da inkişaf etdiyini bildirən qonaq “ASAN xidmət”in yaradılmasını həmin inkişafın bariz nümunəsi olduğunu vurğulayıb.

Bununla yanaşı Ercan Murat “ASAN xidmət”in dövlət xidmətlərinin göstərilməsində ən innovativ yanaşma olduğunu və digər dünya ölkələrinin də bu təcrübədən yararlanmalı olduğunu qeyd edib.

Qonaq “ASAN xidmət”in “Dövlət xidmətlərinin göstərilməsinin  təkmilləşdirilməsi” kateqoriyasında BMT mükafatına layiq görüldüyünü və bunun çox böyük uğur olduğunu bildirib.

Eyni zamanda Ercan Murat, ASAN Radio və ASAN Könüllüləri Təşkilatını “ASAN xidmət”in uğurlu layihəsi olduğunu vurğulayıb.

Yekunu olaraq Ercan Murat, görüş iştirakçılarının suallarını cavablandırıb və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinə görüşün təşkilinə görə öz təşəkkürünü bildirib.


Tarix: 12-02-2016 12:51