Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

ASAN könüllülərinin hazırladığı “Xocalıyıq” adlı filmin təqdimatı keçirilib


Sumqayıt “ASAN xidmət” mərkəzinin könüllüləri tərəfindən hazırlanan “Xocalıyıq” adlı filmin təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək tarixin qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin törətdikləri vəhşiliklər barədə məlumat verib və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyasının əhəmiyyətini vurğulayıb. O, gəncləri Xocalı soyqırımı barədə maarifləndirmə işinə öz töhfələrini verməyə, bu Kampaniyaya dəstək olmağa çağırıb.

Daha sonra çıxış edən Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov qanlı faciənin tarixindən, sənədli filmlərin Xocalı soyqırımının tanıdılmasındakı əhəmiyyətindən danışıb.  

Tədbirin sonunda Xocalı soyqırımı ilə bağlı həqiqətlərin əks olunduğu sənədli film nümayiş olunub.

Qeyd edək ki, “Xocalıyıq” filmi 26 fevral saat 19:00-da ATV telekanalında yayımlanacaq. 


Tarix: 24-02-2016 15:14