Mikayıl Cabbarov “İnnovativ idarəetmə” layihəsinin qonağı olub
27 fevral 2016-cı il tarixində “ASAN School” könüllülük proqramı çərçivəsində “İnnovativ idarəetmə” layihəsinin növbəti qonağı Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov olub.
150-dən çox ASAN könüllüsünün iştirak etdiyi görüşdə Mikayıl Cabbarov gəncləri maraqlandıran sualları cavablandırıb.
Çıxış zamanı Mikayıl Cabbarov gənclərin uğur qazanmasında təhsilin və mütailənin, eyni zamanda təcrübənin rolundan danışıb. O, həmçinin vurğulayıb ki, bu istiqamətdə ASAN könüllərinin fəaliyyəti onu sevindirir.
Tədbirin sonunda ASAN school könüllü proqramının Master 2 pilləsi çərçivəsində Təhsil Nazirliyində təcrübə keçmiş ASAN könüllülərinə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, 2015-ci ildən start götürən bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Dövlət İdarəçilik Akademiyasının birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində könüllülər ölkənin bir sıra tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə görüşmək imkanı əldə edərək, onları maraqlandıran suallar ünvanlayaraq cavab əldə etmə şansı qazanmış olurlar.