Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri “ASAN xidmət” mərkəzi ilə tanış olub


3 mart 2016-cı il tarixində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleym 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə qonağa ətraflı məlumat verib. Qeyd edilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.

Eyni zamanda vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 8 000 000-a yaxın müraciətin daxil olduğu diqqətə çatdırılıb.

Sonda cənab səfir “ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıb.


Tarix: 02-03-2016 10:12