Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

ASAN Səyyar xidmət Salyan və Neftçala sakinlərinin xidmətində


“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar  səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edirlər.

6-20 iyul tarixində Salyan və Neftçala rayonlarının  ümumi sayı 200000-dən çox olan sakinləri ASAN Səyyar Xidmətdən Salyan rayonunda yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaqdır.

Bu xidmətlərə aşağıdakılar daxildir:

  •  Notariat fəaliyyəti
  •  Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
  •  Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
  •  Sürücülük vəsiqələrinin dəyişdirilməsi
  •  Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi
  •  Əmək pensiyalarının təyin edilməsi
  •  Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
  •  Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi

ASAN Səyyar Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.


Tarix: 07-07-2013 15:38