Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

"ASAN xidmət”də 5 gün qeyri-iş günü olacaq


20 – 24 mart – Novruz Bayramı ilə əlaqədar olaraq bütün "ASAN xidmət” mərkəzlərində qeyri-iş günüdür. 25 mart tarixindən etibarən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər. Bununla yanaşı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentlinin 108 çağrı mərkəzində 20-27 mart tarixlərində qeyri-iş günüdür. 28 mart tarixindən etibarən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər barədə müraciətlərini 108 şağrı mərkəzinə ünvanlıya bilərlər. Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.


Tarix: 17-03-2016 13:19