Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət” təcrübəsi Albaniyanın diqqət mərkəzində


4-9 aprel 2016-cı il tarixində Albaniya Respublikasının Birgə Xidmətlərin Göstərilməsi Agentliyinin (ADİSA) İcraçı Direktoru cənab Albenk Koninin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi ilə ölkəmizə səfər etmişdir.

Səfər çərçivəsində "ASAN xidmət" və “ADİSA” ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və ASAN təcrübəsinin öyrənilməsi istiqamətində görüşlər keçirilib. “ASAN xidmət”in təcrübəsinə dair müxtəlif təqdimatlar edilib, foto və video materiallar qonaqlara nümayiş etdirilib. Dövlət xidmətlərinin daha effektiv, şəffaf yolla çatdırılmasında, korrupsiyaya qarşı mübarizədə, eyni zamanda elektron hökumət quruculuğunda "ASAN xidmət"in xüsusi rolu, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından "ASAN xidmət"in nailiyyətləri barədə ətraflı müzakirələr aparılıb. "ASAN xidmət" modeli qonaqların böyük marağına səbəb olub və “ASAN xidmət” barədə onların çoxsaylı sualları cavablandırılıb.

Qonaqlar dövlət xidmətlərinin göstərilməsi sahəsində “ASAN xidmət” konsepsiyasının örnək model olduğunu və bu təcrübənin digər ölkələrdə tətbiqinin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, ADİSA Albaniyanın İnnovasiyalar və Dövlət İdarəçiliyi Nazirliyinin tabeliyində fəaliyyət göstərən dövlət orqanıdır. Sözügedən orqan vahid məkan prinsipinə əsaslanaraq Albaniyada dövlət xidmətlərinin göstərilməsi sahəsini innovativ yollarla daha da təkmilləşdirir və bu istiqamətdə göstərilən xidmətləri inkişaf etdirir.


Tarix: 10-04-2016 15:31