Pakistan İslam Respublikasının nümayəndə heyəti “ASAN xidmət”də
27 aprel 2016-cı il tarixində Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin və “Milli Təhlükəsizlik və Müharibə kursu”nun nümayəndə heyəti 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.
Nümayəndə heyətinə "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.
Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 9000 000-dan çox müraciətin daxil olduğu diqqətə çatdırılıb.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.