Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“Həmrəylik düşərgəsi” layihəsi davam edir


“ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT–nin Əhali Fondunun dəstəyi ilə baş tutan “Həmrəylik düşərgəsi” layihəsi davam edir.

Lahıcda keçirilən “Həmrəylik düşərgəsi” layihəsi üzrə 60 könüllü artıq 6-cı gündür ki, hərbi çadırlarda yaşayırlar. Layihə müddətində Lahıcda bir sıra təlimlər, sosial aksiyalar və tədbirlər keçirilib.

Bu tədbirlərdən biri də Niyaldağa yürüş olub. İştirakçılar Azərbaycanın qədim, gözoxşayan tarixi ərazi və abidələri ilə yaxından tanış olublar. Vertikal Qrupun dəstəyi ilə həyata keçirilən bu turda gənclərə təbiətlə davranış qaydaları da aşılanıb.Turda əsas məqsəd gənclərin fiziki hazırlığının təmin edilməsinin təşviq edilməsi və onlarda fiziki sağlamlığa maraq aşılamaq, Azərbaycanın tarixi barədə gənclərdə praktiki təsəvvürlər formalaşdırmaqdır.

Daha sonra düşərgəyə qayıdan könüllülər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 15 ölkədən Lahıca gəlmiş əcnəbilərlərlə görüşüblər. Düşərgə iştirakçıları və əcnəbi qonaqlar birlikdə multikulturalizm dəyərləri əsasında fikir mübadiləsi aparıblar. Könüllülər daha sonra Gəncə “ASAN xidmət” mərkəzinin teatr truppasının hazırladığı “Məhəbbətin Qənimi” tamaşasını izləyiblər. Açıq havada baş tutan tamaşa qəsəbə sakinləri  tərəfindən maraqla qarşılanıb.

Düşərgənin 5-ci günündə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov  iştirakçılar ilə görüşüb.

İnam Kərimov görüş zamanı ASAN könüllülərinin sayının 8 minə çatdığını və onların qısa müddətdə bir çox uğurlu layihələr həyata keçirdiyini vurğulayıb. Eyni zamanda “ASAN Könüllüləri” Təşkilatının həyata keçirdiyi layihələr və tədbirlərin sosial əhəmiyyətindən danışıb.

Daha sonra görüş “Könüllü fəaliyyətini necə təkmilləşdirməli” mövzusunda müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, “Həmrəylik düşərgəsi” layihəsi 26 iyul tarixinə qədər davam edəcək.  


Tarix: 24-07-2016 17:37