Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Vüsal Hüseynov “İnnovativ idarəetmə” layihəsinin qonağı olub


22 oktyabr 2016-cı il tarixində “ASAN School” könüllülük proqramı çərçivəsində “İnnovativ idarəetmə” layihəsinin qonağı millət vəkili, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov olub.

Vüsal Hüseynov görüş zamanı gənclərin uğur qazanmaqlarında təhsilin və könüllü olaraq çalışmanın əhəmiyyətindən danışıb. Həmçinin millət vəkili vurğulayıb ki, bu istiqamətdə ASAN könüllülərinin fəaliyyəti onu sevindirir.

Eyni zamanda 200-ə yaxın ASAN könüllüsünün iştirak etdiyi görüşdə Vüsal Hüseynov gəncləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, 2015-ci ildən start götürən bu görüşlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Dövlət İdarəçilik Akademiyasının birgə əməkdaşlığı ilə həyata keçirilir. "İnnovativ idarəetmə" görüşü çərçivəsində könüllülər ölkənin birsıra tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə görüşmək imkanı əldə edərək, onları maraqlandıran suallar ünvanlayaraq cavab əldə etmə şansı qazanmış olurlar.


Tarix: 23-10-2016 17:58