Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

İndoneziyanın nümayəndə heyəti “ASAN xidmət”də


2 noyabr 2016-cı il tarixində İndoneziya Respublikasının Administrativ və Bürokratik İslahatlar nazirinin müavini xanım Diah Natalisanın rəhbərlik etdiyi nümayəndə heyəti 3 və 5 saylı “ASAN xidmət” mərkəzləri,  eyni zamanda da Xırdalan şəhərində xidmət göstərən Səyyar ASAN xidmət avtobusu ilə tanış olub.

Qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 12 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.


Tarix: 01-11-2016 18:24