Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Masallı “ASAN həyat” kompleksində məktəbli qızlar üçün tədbir keçirilib


Noyabrın 6-da Masallı rayonundakı “ASAN həyat” kompleksində məktəbli qızlar üçün silsilə tədbirlər keçirilib.

Tədbir  “ASAN xidmət”, Təhsil Nazirliyi, “Azər Türk Bank” ASC-nin və “Femmes Digitales” Klubunun dəstəyi ilə təşkil olunub.

Tədbirdə “Azər Türk Bank”, “B.EST Solutions”, “MONT”, “Microsoft”, “Cybernet”, “Ultra Technologies” təşkilatlarının nümayəndələri çıxış edərək, İKT-nin cəmiyyətin həyatındakı rolundan, təhsil və karyera sahəsində açdığı imkanlardan danışıblar. Həmçinin, Təhsil Nazirliyinin əməkdaşı tərəfindən “Liderlik” təlimi keçirilib.

Daha sonra 9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılan “İT STEP” Akademiyasının təqdimatında tədbirin praktiki hissəsinə start verilib.

Praktiki məşğələlərdə iştirakçılar əyani vasitələrdən istifadə edərək, müxtəlif robotların və avtomatlaşdırılmış sınaq mexanizmlərinin hazırlanması ilə tanış olub, bu sahədə ilkin biliklərə yiyələnmək imkanı əldə ediblər.

Proqram çərçivəsində Masallı rayonunun ümumi təhsil müəssisələrində təhsil alan qızlar arasında “Breyn-rinq” intellektual oyunu təşkil edilib. Oyunun qaliblərinə sertifikat, kubok və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd İKT sahəsində məktəbli qızların iştirak səviyyəsinin yüksəldilməsi, onların gələcək karyera seçimi üçün bu sahənin təbliği və potensial kadrların yetişdirilməsidir.

                                                    


Tarix: 05-11-2016 14:39