Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Multikulturalizm ilinə və Beynəlxaq könüllülər gününə həsr olunmuş tədbir keçirilib


4 dekabr 2016-cı il tarixində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında  Sumqayıt regional “ASAN xidmət” mərkəzinin könüllülərinin iştirakı ilə Multikulturalizm ili və Beynəlxaq könüllülər gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov qeyd edib ki, sayları 9 mindən çox olan ASAN könüllülərinin 4 il ərzində bu tədbirin timsalında bir çox uğurlu layihələr həyata keçiriblər.

Eyni zamanda Dövlət Agentliyinin sədri bildirib ki, bu il cənab Prezident İlham Əliyev tərəfindən multikulturalizm ili elan edilib. ASAN könüllüləri də multikulturalizm ili çərçivəsində Sabirabad rayonunda “Novruz - Dostluq Festivalı”, “Koreya mətbəxi günləri” və bir sıra tədbirlər reallaşdırıblar.

Tədbirdə Sumqayıt “ASAN xidmət” mərkəzinin 31 könüllüsü tərəfindən bir çox xalqların rəqsləri ifa olunub. 

Həmçinin, tədbirdə könüllülər dahi Rəşid Behbudovun və xalq artisti, bəstəkar-müğənni Polad Bülbüloğlunun mahnıları ilə yanaşı xarici müsiqilər də ifa ediblər.


Tarix: 04-12-2016 16:15