Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Vüsal Qasımlı “İnnovativ idarəetmə” layihəsinin qonağı olub


24 dekabr 2016-cı il tarixində “ASAN School” könüllülük proqramı çərçivəsində “İnnovativ idarəetmə” layihəsinin növbəti qonağı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı olub.

Çıxışı zamanı Vüsal Qasımlı ASAN könüllülərinin uğurlu startap layihələri, eyni zamanda bir çox yaddaqalan təşəbbüslər etdiyini vurğulayıb. O, həmçinin bu istiqamətdə ASAN könüllərinə fəaliyyətlərində uğurlar arzu edib.

150-dən çox ASAN könüllüsünün iştirak etdiyi görüşdə Vüsal Qasımlı gəncləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, 2015-ci ildən start götürən bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Dövlət İdarəçilik Akademiyasının birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində könüllülər ölkənin bir sıra tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə görüşmək imkanı əldə edərək, onları maraqlandıran suallar ünvanlayaraq cavab əldə etmə şansı qazanmış olurlar.


Tarix: 23-12-2016 18:43