Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Rusiyanın insan hüquqları üzrə müvəkkili “ASAN xidmət”də


29 dekabr 2016-cı il tarixində Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili xanım Tatyana Moskalkova 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 13 milyon vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan xanım Tatyana Moskalkova "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.


Tarix: 28-12-2016 13:02