Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri “ASAN xidmət”də


30 dekabr 2016-cı il tarixində Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral 3 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Səfir E.Özoralı salamlayan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri, o cümlədən Dövlət Agentliyinin həyata keçirdiyi “ASAN Viza” və “ABAD” (Ailə Biznesinə ASAN Dəstək) layihələri barədə ətraflı məlumat verib. Görüşdə qardaş Azərbaycan və Türkiyə arasında strateji səviyyədə əməkdaşlığın əsasında dövlət başçılarımız arasında olan şəxsi dostluq və qardaşlıq münasibətlərinin böyük rol oynadığı qeyd olunub. Həmçinin İki dövlət arasında əməkdaşlığın bütün sahələri, o cümlədən dövlət xidmətlərinin göstərilməsi və elektron xidmətlərin inkişafı sahəsində də yüksələn xətlə inkişaf etdiyi bildirilib. 


Tarix: 29-12-2016 10:11