Dövlət Agentliyi təşəkkürnamə ilə təltif olunub
14 yanvar 2017-ci il tarixində Azərbaycan Fotoqrafları Birliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində “İlin Fotoqrafı-2016” tədbiri keçirilib.
Tədbirdə 22 nominasiya üzrə mükafatlar sahiblərinə təqdim olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi fotoqrafiya sənətinə verdiyi dəstəyə görə Təşəkkürnamə ilə təltif olunub. Təşəkkürnamə Dövlət Agentliyinin sədrinin müşaviri Nadir Adilova təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Fotoqrafları Birliyi 1999-cu ildən bu günə kimi “İlin Fotoqrafı” mükafatlandırma tədbirini keçirir.