Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Şəhid İnqilab Quliyev haqqında sənədli film nümayiş olunub


18 yanvar 2017-ci il tarixində Nizami Kino Mərkəzində aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən 4 günlük döyüşlər zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin kapitanı İnqilab Quliyevə həsr olunmuş "4 APREL" sənədli filmin nümayişi keçirilib. 

Tədbirdə çıxış edən ASAN Könüllülər Təşkilatının sədri Bəxtiyar İslamov filmin çəkilməsində məqsədin gənclərdə vətənpərvərlik ruhunun aşılanması və onlara Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş döyüşçülər haqqında  məlumat vermək olduğunu bildirib. O, həmçinin qeyd edib ki, ASAN könüllüləri vətənpərvərlik mövzusunda bir çox layihələr reallaşdırıb və bundan sonra da bu işlərini davam etdirəcəklər.

Daha sonra şəhidin atası Çingiz Quliyev çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirib. Şəhid atası qeyd edib ki, İnqilab kimi igid oğulları çox olan vətənin bir qarış torpağı da düşmən tapdağı altında qalmayacaq və qısa bir zaman ərzində azad olunacaq.

Sonda filmdə iştirak etmiş ASAN könüllüləri və təşkilatçılar təşəkkürnamə ilə təltif olunublar.

Qeyd edək ki, sənədli film ASAN Könüllüləri Təşkilatı, Gəncə regional "ASAN xidmət” mərkəzi və “ARB Kəpəz” telekanalının birgə əməkdaşlığı, eyni zamanda Gəncə və Beyləqan Rayon İcra Hakimiyyətlərinin dəstəyi ilə çəkilib.


Tarix: 18-01-2017 18:56