Maliyyə nazirinin müavini “İnnovativ idarəetmə” layihəsinin qonağı olub
21 yanvar 2017-cı il tarixində “ASAN School” könüllülük proqramı çərçivəsində “İnnovativ idarəetmə” layihəsinin növbəti qonağı Azərbaycan Respublikasının maliyyə nazirinin müavini Emin Hüseynov olub.
Çıxışı zamanı Emin Hüseynov könüllülərin ASAN ailəsinin bir üzvü olduğunu və bunun onların gələcək həyatlarında müstəsna rol oynayacağını bildirib. O, həmçinin ASAN könüllərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
100-dən çox ASAN könüllüsünün iştirak etdiyi görüşdə Emin Hüseynov gəncləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, 2015-ci ildən start götürən bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Dövlət İdarəçilik Akademiyasının birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində könüllülər ölkənin bir sıra tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə görüşmək imkanı əldə edərək, onları maraqlandıran suallar ünvanlayaraq cavab əldə etmə şansı qazanmış olurlar.