Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Ölkə ərazisinə müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti “ASAN xidmət” mərkəzlərində


Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.

Belə ki, 26 yanvar 2017-ci il tarixindən etibarən, şəxslər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən “Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti” üçün bütün “ASAN xidmət” mərkəzlərinə (Masallı regional “ASAN xidmət” mərkəzi istisna olmaqla) müraciət edə bilərlər.

Qeyd edək ki, şəxs ölkəyə müvəqqəti gətirilmiş avtonəqliyyat vasitəsinin ölkədə qalma müddətinin bitməsinə ən azı 1 gün qalmış müddətin uzadılması üçün müraciət etməlidir.

Xatırlatmaq istərdik ki, “ASAN xidmət” mərkəzləri vasitəsi ilə göstərilən xidmətlər, dövlət rüsümü, iş qrafiki haqqında məlumatı 108 Çağrı Mərkəzindən əldə etmək mümkündür.


Tarix: 26-01-2017 12:28