Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“Vətənin müdafiəsinə hazıram!” adlı atıcılıq turniri keçirilib


9 fevral 2017-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümünə həsr edilmiş  “ASAN xidmət” mərkəzləri arasında “Vətənin müdafiəsinə hazıram!” adı altında atıcılıq turniri keçirilib.

Turnir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub.

Turnirin keçirilməsində məqsəd vətəndaşlarda hərbi vətənpərvərlik ruhunun yüksəldilməsidir.

Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini Zaur Abdullayev iştirakçıları salamlayaraq bildirib ki, 2012 - ci ildə yaradılan Dövlət Xidmətinin əsas vəzifələrindən biri gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi və bu yöndə tədbirlərin keçirilməsidir.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev bu cür tədbirlərin vətənpərvərlik hissinin yüksəldilməsində müstəsna rol oynadığını vurğulayıb. Ü. Mehdiyev həmçinin aprel döyüşlərində Azərbaycan əsgərinin qəhrəmanlığını xatırlayaraq bunun tarixi bir qələbə olduğunu bildirib.

Çıxış edən ikiqat paralimpiya və dünya, beşqat Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyev gənclərin hər zaman vətənin müdafiəsinə hazır olduqlarını bildirərək yarış iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra turnirə start verilib. I, II və III yerləri tutan komandalar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.


Tarix: 08-02-2017 10:17