Dövlət qulluqçuları dövlətə sədaqət andı içib
14 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində dövlət qulluqçularının andiçmə mərasimi baş tutub.
Dövlət qulluğunda staj və sınaq müddətini müvəffəqiyyətlə başa vuran Dövlət Agentliyi və "ASAN xidmət" mərkəzlərində çalışan 29 əməkdaş daimi dövlət qulluğuna qəbul olunmaları üçün dövlətə sədaqət andı içiblər.
Tədbir zamanı Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev çıxış edərək əməkdaşlara təbriklərini çatdırıb, daim vətənə sadiq qalmağı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.