Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Qənirə Paşayeva “İnnovativ idarəetmə” layihəsinin qonağı olub


1 aprel 2017-ci il tarixində “ASAN School” könüllülük proqramı çərçivəsində “İnnovativ idarəetmə” layihəsinin qonağı Milli Məclisin deputatı Qənirə Paşayeva olub. 

Qənirə Paşayeva görüş zamanı gənclərin dövlətin gələcəyi olduğunu və uğur qazanmaqlarında təhsilin əhəmiyyətindən danışıb. Həmçinin millət vəkili vurğulayıb ki, gənclər vətənpərvər olmalı və bunun üçün dayanmadan çalışmalıdırlar. 

Eyni zamanda 200-ə yaxın ASAN könüllüsünün iştirak etdiyi görüşdə Qənirə Paşayeva gəncləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, 2015-ci ildən start götürən bu görüşlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Dövlət İdarəçilik Akademiyasının birgə əməkdaşlığı ilə həyata keçirilir. "İnnovativ idarəetmə" görüşü çərçivəsində könüllülər ölkənin birsıra tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə görüşmək imkanı əldə edərək, onları maraqlandıran suallar ünvanlayaraq cavab əldə etmə şansı qazanmış olurlar.


Tarix: 31-03-2017 13:06