ASAN könüllülərindən növbəti teatr tamaşası
25 aprel 2017-ci il tarixində Gənc Tamaşaçılar Teatrında 1 saylı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası görkəmli yazıçı İlyas Əfəndiyevin "Qəribə oğlan" pyesini səhnələşdiriblər.
“ASAN xidmət” mərkəzinin könüllüsü Rüfət Quliyevin rejissorluğu ilə hazırlanan tamaşada 11 könüllü rol alıb.
Səhnə əsərində rolları Sona Allahverdiyeva, Orxan Gülməmmədli, Samir Qayıblı, Məhəmməd Sadıqov, Kamran Əliyev və başqaları canlandırıblar.
Qeyd edək ki, tamaşa “Mədəniyyət carçısı” layihəsi çərçivəsində təqdim edilib. Layihə çərçivəsində bu günə qədər “Yeddi məhbusə”, “Qisas qiyamətə qalmaz” “Dan yeri söküləndə” və başqa tamaşalar oynanılıb.