Beynəlxalq Prokurorlar Assosiasiyasının icraçı direktoru və baş katibi “ASAN xidmət
2 may 2017-ci il tarixində Beynəlxalq Prokurorlar Assosiasiyasının icraçı direktoru Yanne Holst Hübner və baş katibi Han Moraal 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bildirilib ki, bu günədək 15 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.