Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Koreya Respublikasının Azərbaycandakı səfiri “ASAN xidmət”də


2 may 2017-ci il tarixində Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyun Masallıda “ASAN həyat” kompleksi ilə tanış olub.

Qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 15 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.


Tarix: 02-05-2017 13:03