Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Qəbələ “ASAN xidmət”də Heydər Əliyevin 94 illiyinə həsr olunmuş tədbir keçirilib


Qəbələ “ASAN xidmət” mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə əklil və çiçək dəstələri qoyublar.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, Qəbələ rayon icra hakimiyyəti başçısının birinci müavini, YAP rayon təşkilatının sədri Abil Ağasəfov, YAP rayon təşkilatı aparatının rəhbəri Elçin Tağıyev, Qəbələ “ASAN xidmət” mərkəzinin direktoru Əbdül Əliyev və digər qonaqlar iştirak ediblər.

Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev çıxış edərək müstəqil Azərbaycanın qurulmasında dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu barədə danışıb. Həmçinin ulu öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkənin tərəqqisində əvəzedilməz rol oynadığını qeyd edib və təşkilatın fəaliyyətinə uğurlar arzulayıb.

Sonda YAP sıralarına yeni qəbul olunmuş Qəbələ “ASAN xidmət” mərkəzinin əməkdaşlarına partiya vəsiqələri təqdim edilib.


Tarix: 07-05-2017 16:37