Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Dövlət Agentliyinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib


10 may 2017-cı il tarixi ölkəmizdə müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü kimi qeyd olunur.
Bu münasibətlə 10 may 2017-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Dövlət Agentliyinin əməkdaşları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib və gül dəstələri qoyublar.


Tarix: 09-05-2017 16:50