Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Masallı “ASAN Həyat”da Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib


“ASAN xidmət”, Masallı rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Masallı rayonu üzrə şöbəsi və “ASAN Radio”nun təşkilatçılığı ilə Masallı “ASAN Həyat” kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir baş tutub.
Tədbir çərçivəsində Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizələr təqdim etmiş şəxslərə partiya biletləri təqdim olunub, güllər əkilib, həmçinin bir sıra şagirdlərə fəxri diplomlar verilib.
Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, “ASAN Radio” Azərbaycanın cənub bölgəsində 92.7 FM dalğasında artıq yayıma başlayıb. Belə ki, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Salyan, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında, həmçinin Şirvan şəhərində “ASAN Radio”nu 92.7 FM dalğasında dinləmək mümkündür.


Tarix: 10-05-2017 15:01