Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nümayəndə heyəti “ASAN xidmət” də


7 iyun 2017-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri və ombudsmanlarından ibarət nümayəndə heyəti 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Nümayəndə heyətinə "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 16 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan nümayəndə heyəti "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.


Tarix: 06-06-2017 18:43