ASAN könüllüləri “Aydın” faciəsini səhnələşdiriblər
5 iyul 2017-ci il tarixində Gənc Tamaşaçılar Teatrında 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası Cəfər Cabbarlının “Aydın” faciəsi əsasında eyniadlı tamaşanı səhnələşdirib.
Həcərxanım Cavanşirin rejissorluğu ilə hazırlanan tamaşada 12 könüllü rol alıb. Səhnə əsərində rolları Şəhriyar Abdullayev, Ramil Həsənov, Vahid Şirinov, Saleh Əliyev, Çiçək Həsənova, Zümrüd Qədirova və başqaları canlandırıblar.
Qeyd edək ki, tamaşa “Mədəniyyət Çarşısı” layihəsi çərçivəsində təqdim edilib.