Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

2 saylı “ASAN Kommunal” mərkəzində 3 yeni xidmət göstəriləcək


12 iyul 2017-ci il tarixindən etibarən vətəndaşlar 2 saylı “ASAN Kommunal” mərkəzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, həmçinin, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən də yararlana biləcəklər.

Xidmətlərin “ASAN xidmət” mərkəzləri ilə yanaşı 2 saylı “ASAN Kommunal” mərkəzində də təşkil olunmasının səbəbi Bakı Dəmir Yolu Vağzalında vətəndaş sıxlığı, sərnişinlər tərəfindən çoxsaylı müraciətlərin daxil olması və ən çox ehtiyacın bu xidmətlərə yaranmasıdır.  
Əsas məqsəd isə şəffaf, operativ, rahat, məsuliyyətli və nəzakətli prinsiplərə uyğun olaraq vətəndaşlara xidmət göstərmək və ən əsası vətəndaş məmnunluğuna nail olmaqdır.  

Vətəndaşlar qeyd olunan xidmətlərlə bağlı bazar ertəsi-cümə günləri saat 10:00-dan 18:00-a kimi, şənbə günü isə 10:00-dan 17:00-a kimi mərkəzə müraciət edə bilərlər.

Qeyd edək ki, “ASAN Kommunal” mərkəzlərində vətəndaşlara Azərişıq ASC, Azərsu ASC və Azəriqaz İB-nin 45 növ xidməti təqdim olunur. 


Tarix: 11-07-2017 11:15