Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Qazaxıstan Respublikasının nümayəndə heyəti “ASAN xidmət”də


21 iyul 2017-ci il tarixində Qazaxıstan Respublikasının Korrupsiyaya qarşı Mübarizə və Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Agentliyinin dövlət xidmətlərinin göstərilməsi şöbəsinin müdiri Adilbek Mukyaşevin rəhbərlik etdiyi nümayəndə heyəti 3 və 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Nümayəndə heyətinə "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 17 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Daha sonra qonaqlar Abşeron rayonunun Digah qəsəbəsində xidmət göstərən Səyyar ASAN xidmət avtobusunun fəaliyyəti ilə yaxından tanış olublar.


Tarix: 21-07-2017 17:35