Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“Canlı xatirə” adlı konsert proqramı keçirilib


18 sentyabr “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Beynəlxalq Muğam Mərkəzi, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə Beynəlxalq Muğam mərkəzində Üzeyir Hacıbəyovun 132 iliyinə və Milli Musiqi gününə həsr olunmuş “Canlı xatirə”adlı konsert proqramı keçirilib.

Tədbiri giriş sözü ilə açan “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd dahi bəstəkarların musiqi əsərlərinin gənclərə təbliğ olunması, həmçinin, onlara milli mənəvi dəyərlərin aşılanmasıdır. O, həmçinin bildirib ki, ASAN könüllüləri mədəniyyət sahəsində bir çox uğurlu layihələr həyata keçirib və bundan sonra da bu yöndə fəaliyyətlərini davam etdirəcəklər.

Çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Nərminə Quliyeva bildirib ki, Üzeyir Hacibəyovun yetişdirdiyi nəsl Azərbaycan musiqisini dünyada layiqincə tanıdıb.

Daha sonra çıxış edən əməkdar artist Ülviyyə Hacıbəyli Azərbaycan musiqi mədəniyyətinin inkişafında Üzeyir Hacibəyovun müstəsna rol oynadığını və dahı musiqiçilər tərəfindən onu, “şərqin böyük hadisəsi” adlandırdıqlarını vurğulayıb.

Sonra Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında dahi bəstəkarlar Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürası” “Sevgili canan”, Tofiq Quliyevin “Bəxtəvər oldum” və digər əsərlər ifa olunub, həmçinin ASAN könüllüləri Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasını səhnələşdiriblər.
 

Tarix: 17-09-2017 16:09