ASAN ödəniş sistemində müvəqqəti fasilə yaranacaq
“ASAN ödəniş” sistemi tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 20 – 21 sentyabr 2017-ci il tarixlərində sistemin fəaliyyətində müvəqqəti fasilə yaranacaqdır.
Belə ki, qeyd olunan müddət ərzində “ASAN xidmət” mərkəzlərində və ictimai yerlərdə quraşdırılmış “ASAN ödəniş” terminalları, www.asanpay.az portalı üzərindən ödənişləri həyata keçirmək mümkün olmayacaqdır.
Təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra bu istiqamətdə fəaliyyət tam təmin ediləcəkdir.